Bakıda Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi keçiriləcək
Noyabr 16-dan 21-dək Bakıda Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və BÜLBÜL fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə 11 ölkədən 79 nəfər ifaçının iştirakı gözlənilir.
Müsabiqənin rəsmi açılış mərasimi noyabrın 16-da, saat 10.00-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq.
Artıq bir neçə ildir ki, bu müsabiqə öz qonaqpərvərliyi və şöhrətli vokal məktəbi ilə tanınan ecazkar Bakı şəhərində keçirilir. Bülbül müsabiqəsinin qalibləri bu gün dünyanın ən tanınmış səhnələrində uğurla çıxış edən parlaq ifaçılardır. Bu da təsadüfi deyil – çünki beynəlxalq tərkibli münsiflər heyətinə uzun illərdən bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz sənətkar İrina Arxipova rəhbərlik etmişdir. Bu il bu missiya opera səhnəsinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Yevgeni Nesterenkoya həvalə olunub.
Müsabiqənin uzunillik tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə nəinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxildir. Elə ona görə də böyük nüfuz qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc vokalçıların sayı ildən-ilə artır. Vokalçıların Bülbül adına Beşinci Beynəlxalq Müsabiqəsi ənənəyə sadiq qalaraq dünya opera ifaçılığı sənətinə öz dəyərli töhfələrini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB