“Tanış olun, dostum Bəkkar”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim edilib. SİA-nın məlumatına görə, səhnə əsərinin nümayişi F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakıdakı Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsinə əsasən reallaşıb. Nağıl-tamaşada uşaqların ifasında maraqlı perfomanslar təqdim olunub. Qonaqlar Azərbaycan, Misir, eləcə də dünya xalq nağıl qəhrəmanlarının obrazlarının canlandırıldığı səhnədən olduqca zövq alıblar, nağıl-tamaşalar maraqla qarşılanıb.

Nağıl-tamaşanın təqdim olunmasında əsas məqsəd, Azərbaycan-Misir mədəni əlaqələrini möhkəmləndirmək, uşaq və yeniyetmələri hər iki ölkənin nağıl qəhrəmanları ilə yaxından tanış etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə