Hər il olduğu kimi, bu il də Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Belə ki, ilk tədbir mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində maestronun adını daşıyan 22 nömrəli uşaq musiqi məktəbinin iştirakı ilə gerçəkləşəcək. Bu barədə SİA-ya Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verib.
Onun sözlərinə görə, növbəti tədbir mayın 20-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydə bal” musiqili-əyləncəli proqramı olacaq. Bu münasibətlə muzeydə və onun filiallarında “Açıq qapı” gününün təşkili nəzərdə tutulur. Həmçinin muzeydə ayın sonunadək bir sıra tədbirlilərin keçirilməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB