30 saylı Musiqi Məktəbində Ulu Öndərə həsr olunmuş konsert keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasını 95 illiyi münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayonundakı 30 saylı Uşaq Musiqi Məktəbində fortepiano ixtisasında oxuyan şagirdlərin konserti keçirilib. SİA-nın əməkdaşının verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Musiqi Məktəbinin direktoru Yusif Məmmədov açaraq Ulu Öndərin siyasi fəaliyyətindən danışıb.
Y.Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, bu sahədə çalışanlara xüsusi diqqət və qayğısı var idi: "Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaligəsiz demək olar ki, ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir".
Sonra məktəbin dərs hissə müdiri Fəxriyyə Quliyeva çıxış edərək Ulu Öndərin mədəniyyət və incəsənət adamlarına qayğısından söz açıb. Bildirib ki, mədəniyyət sahəsi Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyəti dövründə daim diqqət mərkəzində olub.
Qeyd edək ki, konsertdə Nənəxanım Bağırovanın şagirdləri çıxış ediblər.
Tədbirin sonunda məktəbin direktoru Y.Məmmədov müəllim və şagirdlərə konsertdə uğurlu çıxışlarına görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB