Turində beynəlxalq kitab sərgisi fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, rəsmi açılış mərasimində İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti Roberto Fico iştirak edib. Sərgidə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 32 kv.m.-lik xüsusi dizaynlı stendlə təmsil olunur.
Ekspozisiyada Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi haqqında müxtəlif nəşrlər, Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq yüksək bədii və poliqrafik keyfiyyətə malik kitablar, təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunur.
Ümumilikdə 200 adda 300 nüsxə nəşr məhsulu sərginin ilk günündən maraqla qarşılanır.
Sərgi mayın 14-ü yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB