Ulu Öndərin 95 illiyi münaisbətilə tamaşalar nümayiş edilir

Ulu Öndərin 95 illiyi münaisbətilə tamaşalar nümayiş edilir

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında silsilə tamaşalar nümayiş olunur. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağının repertuarında olan və tamaşaçılar tərəfindən böyük maraqla izlənilən “Şah Qacar”, “Anamın kitabı”, “Qətibə İnanc”, “Qəribə, çox qəribə əhvalat”, “Qürbətdən gələn məktublar” və “Cəhənnəm sakinlər” tamaşaları teatrsevərlərin ixtiyarına verilib.

Qeyd edək ki, ulu öndərin Heydər Əliyevin 95 illiyi münasibətilə ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə