Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova Antalya Büyükşehir Bələdiyyəsinin “Şehir Tiyatroları"nın keçirdiyi “Konuk Tiyatrolar” layihəsində iştirak edib . SİA-nın məlumatına görə, aktrisa festivalda yazıçı R.Ağayevin eyni adlı pyesi əsasında Nofəl Vəliyevin quruluş verdiyi "Sonluğun sonu" monotamaşası ilə çıxış edib. Uğurlu çıxışına görə ADGTT və aktrisa festivalın təşkilatçıları tərəfindən diplomla təltif edilib. Antalya Büyükşehir Bələdiyyəsinin sədri Menderes Türel tərəfindən təqdim edilən diplomda aktrisanın səhnə oyunu, peşəkar çıxışı yüksək qiymətləndirlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB