Beynəlxalq teatr konfransında iştirak etmək üçün Bakıya gəlmiş ABŞ-ın tanınmış teatrşünasları - Nyu-York Siti Universitetinin professoru, doktor Deniel Banks və San-Fransisko Universitetinin professoru Roberto Varia Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ustad dərsləri keçiblər.
SİA-nın məlumatına görə, Amerikanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə universitetin nəzdindəki Tədris Teatrında keçirilən dərslərdə mütəxəssislər bilik və təcrübələrini bölüşmüş, müasir teatrın forma və məzmunundan, teatr sənətinin incəliklərindən, məşhur teatrların üslub və ənənələrindən danışıblar.
ADMİU-nun tələbələrinin hazırladığı tamaşalardan parçalar göstərilmiş və təhlil edilib. Amerikalı teatrşünaslar gələcək rejissorlara dəyərli tövsiyələr veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB