“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə qraffiti və ya urban-art rəsm janrlarında divar üzərində əsər yaratmaq bacarığında olan peşə sahibləri üçün müsabiqə elan edib. SİA-nın məlumatına görə, müsabiqə “YAY” qalereyasının damında yerləşən divarın tərtibatı üçün kreativ dizayn axtarmaq məqsədilə təşkil olunub. Mövzusu Bakı və bakılılar olan müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilər. Son müraciət tarixi mayın 5-də yekunlaşır. Nəticələr mayın 7-də elan ediləcək. Seçilmiş dizayn “YAY” qalereyasında təşkil olunacaq xüsusi bir tədbir zamanı təqdim olunacaq.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB