Musiqi Məktəbi konsert proqramını Ulu Öndərə və Zərifə xanım Əliyevaya həsr etdi FOTOLAR
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi, Bakı şəhərindəki uşaq musiqi məktəblərinin direktorları, valideynlər və Hüseynqulu Sarabski adına 7 saylı Musiqi Məktəbinin şagirdləri iştirakı ediblər.

Musiqi proqramının təqdimatından əvvəl H.Sarabski adına Musiqi Məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Mehriban Rüstəmova çıxış edərək Zərifə xanım Əliyevanın şərəfli və mənalı ömür yolundan danışıb. Qeyd edib ki, Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır: "Ulu Öndərin qadın problemlərinə böyük diqqət yetirməsində də Zərifə xanımın şəxsi nümunəsi mühüm rol oynayırdı. Heydər Əliyev ömrü boyu qazandığı uğurlara və ailəsində yaratdığı rahatlığa görə Zərifə xanımın fədakar məhəbbətini, diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Bu görkəmli şəxsiyyətlər insan kimi bir-birini üzvi surətdə tamaladıqları üçün Heydər Əliyevlə Zərifə xanımın ailə həyatı bütün cəmiyyət üçün parlaq nümunə idi".

Məlumat üçün bildirək ki, şagirdlərin çıxış etdiyi konsert proqramını Respublikanın Əməkdar artisti Fuad İbrahimovun drijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonuk Orkestri müşayiət edib. Konsertdə məktəbin IV sinif şagirdi Ayan Hacıyeva (fortepiano), I sinif şagirdi Məhəmməd rüstəmzadə (qaboy), I sinif şagirdi Sübhan Rüstəmzadə (fleyta), II sinif şagirdi Camal Əliyev (fortepiano), VI sinif şagirdi Ramil Rəsulov (violençal), IV sinif şagirdiİlkin Əliyev (fleyta), VII sinif şagirdi Kənan Abbaszadə (klarnet), V sinif şagirdi Sadəddin (fleyta), IV sinif şagirdi Amin Əliyev (balaban), V sinif şagirdi Hüseyn Babayev (nağara), III sinif şagirdi Əli Rüstəmzadə (akkordeon) və V sinif şagirdi Həmid Süleymanzadənin (tar) çıxışları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Konsert proqramının sonunda Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək musiqi məktəbinin şagirdlərinin ifasında səslənən musiqi nömrələrindən razı qaldığını bildirib və onlara uğurlar arzulayıb. Sonra N.Əliyev Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalovun 7 saylı Musiqi Məktəbinin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.

Təbii ki, konsert zamanı ən çox həyacanlanan da H.Sarabski adına 7 saylı Musiqi Məktəbinin direktoru, əməkdar müəllim Mehriban Rüstəmova idi. Sonda isə əldə edilən uğurlara hər kəs sevinirdi. Şagirdlərin yetişməsində, yüksək musiqi təhsili almasında məktəbin müəllimləri Rəna Əkbərova, İsmayıl Haşımov, Arzu Əzizova, Elmira Əliyeva, Sevil Qasımova, Təranə Əhmədova, Qafil Həsənov, Emil Kərimli, Şirzad Həsənov, İlahə Məmmədzadə, Məhəmmədəli Nuriyevin əməyini də qeyd etmək lazımdır.
M.MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB