Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub

Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub

İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı “Əli və Nino” əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb. Bu gün Tbilisidəki Şota Rustaveli Teatrında tamaşanın premyerası olub. Tamaşa Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin 100 illiyinə həsr olunub.

Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Gürcüstanın hökumət və dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İvane Maçabeli adına Tsxinvali Akademik Dövlət Dram Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze jurnalistlərə müsahibəsində bildirib ki, səhnə əsəri Gürcüstanın Mədəniyyət Nazirliyinin layihəsi əsasında hazırlanıb. Yaxın vaxtlarda tamaşanın Bakıda, mayın 19-da isə Gürcüstan parlamentində da nümayişi nəzərdə tutulub.

Q.Kapanadze deyib: "Romanın və tamaşanın əsas süjet xəttini məhəbbət, sevgi tutur. Bilirsiniz ki, həyatda hər cür hadisələr olur. Amma hər bir hadisə əgər sevgi ilə bitirsə, xoşbəxtlik olir. Bu romanın da əsas üstünlüyü odur ki, hadisələrin sonu məhəbbətlə bitir və məhəbbət hər şeyə qalib gəlir".

Tamaşada rolları gürcü aktyorlar ifa ediblər. Qeyd edək ki, Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir.

Əsərdə həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com