Tariyel Məmmədov: “Teatr internet layihəsi” gələn il hazır olacaq”
Bu gün müasir dövrün teatr problemlərinə həsr olunan Beynəlxalq Teatr Konfransının Akademik Milli Dram Teatrında davamı keçirilib. SİA-nın məlumatına görə, bugünki konfransı teatrın direktoru İsrafil İsrafilov açaraq bildirib ki, Azərbaycanda ilk dəfə belə bir beynəlxalq teatr konfransının keçirilməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Konfranda iştirak edən qonaqlar öz çıxışlarında ölkələrinin teatrları haqqında iştirakçılara ətraflı məlumat verərək belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnun qaldıqlarını ifadə ediblər.
Daha sonra Tariyel Məmmədovun rəhbərliyi ilə hazırlanan "Teatr internet layihəsi" konfransa gələn qonaqların təqdimatına verilib. Təqdimatda çıxış edən layihə rəhbəri bildirib ki, ilk dəfə olaraq Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə böyük teatr portalı hazırlanır: "Veb- sayt 3- ingilis, rus və azərbaycan dilində hazırlanıb. Bu isə o deməkdir ki, bir adın altında müstəqil və özünəməxsus bir mövzu ilə fəaliyyət göstərir. Bu portalda 27 dövlət teatr yerləşir və failiyyət göstərir. Portalın bünövrəsi informasiya məlumat xəzinəsidir. Bu sayta bizim böyük aktyorların, rejissorların əlyazıları, foto, video və digər lazımlı məlumatları görə bilərsiniz. İlk dəfə olaraq bu saytda tamaşa və əsərlərlə tanış ola biləcəklər. Misal olaraq "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu" operası və bir sıra filmlərimizi izləyə biləcəklər. Daha sonra ilk dəfə olaraq 3D formatında Cəfər Cabbarlı adına teatr muzeyi, 7 zalda audio bələdçi olacaq. Bu saytda həmçinin multimedia janrında hazırlanan məlumat kitabçası da öz əksini tapıb. Bu layihə bir il ərzində tam olaraq hazır olacaq".
Tariyel Məmmədov onu da qeyd edib ki, bu saytda 2258 saatlıq videolar yer alıb.
Məlumat üçün bildirək ki, kKonfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqları iştirak edəcəklər. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var.
Qeyd edək ki, tədbir noyabrın 12-də başa çatacaq. Beynəlxalq elmi-praktik teatr konfransı Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB