Mayın 1-də Gəncliyə Yardım Fondunda “Çiçəklən Azərbaycan” adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.
Sərgi Azərbaycan Xalq Cümhuriyyətin 100, ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilib. Sərgiyə təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 200-dən çox rəssam 150-ə qədər işi ilə qatılıb. Müxtəlif yaş qruplarında rəssam və dekorativ sənət ustalarının əsərlərinin nümayiş ediləcəyi sərginin sonunda iştirakçılar diplomla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB