IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək
Mayın 7-dən 11-dək Gürcüstanın paytaxtında IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək. Festival Aleksandr Qaliçin 100 illik yubileyinə və Vladimir Vısotskinin 80 illik yubileyinə həsr olunub.
SİA-nın Gürcüstan saytlarına istinadla xəbər verir ki, ölkəmizi festivalda Cavid İmamverdiyev və Vəfa Məmmədova təmsil edəcək.
Tədbirdə 10 ölkədən musiqiçilər iştirak edəcək.
Qeyd edək ki, festival ilk dəfə 2014-ci ildə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB