“Dolu” filmi nümayiş olunub FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan kinosu–120” adlı tədbir keçirilib. Baş İdarədən SİA-ya bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas Azərbaycan kinosunun tarixindən söhbət açıb.

Qarabağ müharibəsi mövzusunda özünün eyniadlı romanı əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dolu” filmi barədə məlumat verən yazıçı tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Sonra Azərbaycan kino tarixini özündə əks etdirən kitabların sərgisinə baxış olub.

Sonda “Dolu” filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə