Məlahət Abbasova: “Sən həmişə mənimləsən” tamaşası Türkiyənin “TRT Avaz” kanalında nümayiş olunacaq- AÇIQLAMA

Məlahət Abbasova: “Sən həmişə mənimləsən” tamaşası Türkiyənin “TRT Avaz” kanalında nümayiş olunacaq- AÇIQLAMA
Türkiyənin "TRT Avaz" kanalında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" televiziya tamaşasının nümayişi ilə bağlı danışıqlar artıq başlanılıb. Bu barədə SİA-ya Türkiyədə yaşayıb çalışan azərbaycanlı aktrisa Məlahət Abbasova açıqlamasında bildirib. "Mənim "TRT Avaz" kanalı ilə danışıqlarım olub. Onlar çox böyük məmnuniyyətlə bu televiziya tamaşasının disklərini qəbul ediblər. Azərbaycan televiziyası tamaşanı oraya göndərdiyi vaxtda "Sən həmişə mənimləsən" tamaşası orada nümayiş olunacaq"-, deyə aktrisa bildirib.

Artıq bu filmin TRT kanalında nümayiş olunacağını deyən M. Abbasova həmçinin tamaşanın rejissoru Tariyel Vəliyevlə danışdığını qeyd edib: "Onlar da mənə dedilər ki, biz danışıqlarımızı edib filmi oraya göndərəcəyik".

Məlahət Abbasova onu da vurğulayıb ki, televiziya tamaşasını Türkiyədə nümayiş etdirməkdə əsas məqsəd bütün Azərbaycan televiziya tamaşalarının Türkiyə televiziya kanallarında yayımlanmasıdır.

Məlahət Abbasova sonda əlavə edib ki, əgər Akademik Milli Dram teatrından dəvət gəlsə, böyük məmnuniyyətlə təklifi qəbul edərəm.

Bütün xəbərlər Facebook səhifəmizdə