III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinə start verilib

III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinə start verilib
Hər il keçirilən Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi (NƏSİMİ MƏM) yenidən start götürüb. Müsabiqənin Təşkilat Komitəsindən SİA-ya verilən xəbərə görə, yeni istedadların üzə çıxarılması və təbliği məqsədi ilə bir neçə dəfə keçirilən müsabiqənin qaydalarında bu ildən etibarən yeniliklər edilib. Nəsimi MƏM-in qaydalarına edilmiş əlavələrə görə, yeni istedadlarla yanaşı, ilin ədəbi yekunları da dəyərləndiriləcək.

İki mərhələdə keçiriləcək müsabiqədə ilkin olaraq, "ilin romanı" və "ilin şeir" kitabları seçiləcək. Müsabiqənin bu mərhələsinə müəlliflərdən əsərlər qəbul olunmayacaq. Qaliblər Ekspertlər Şurasının hər bir üzvünün ümumi dəyərləndirməyə təqdim edəcəyi əsərlər arasından seçiləcək. İlin ədəbi yekunlarından əlavə, baş mükafat olaraq, son 10 ilin uğurlu ədəbi əsəri də elan olunacaq. Müsabiqənin ikinci mərhələsi isə ənənəvi olaraq, yeni istedadların üzə çıxarılması məqsədi daşıyacaq. Gənc müəlliflər heç bir yerdə dərc olunmayan 3 şeir və ya hekayə ilə bu nominasiyaya qatıla bilərlər.

I mərhələnin qalibləri 25 dekabrda, ikinci mərhələnin qalibləri isə Gənclər Günündə-2 fevral 2011-ci il tarixində elan olunacaq. Müsabiqənin təşkilatçısı Kultaz.com - Mədəniyyət Portalıdır və müsabiqə 2008-ci ildən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə