Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi xalq rəssamı ilk olaraq çıxış edərək bildirib ki, Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə də sərgi "X nöqtəsi..." adlandırılır.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva vurğulayıb ki, sərginin adı burada əsərləri nümayiş olunan Anar Hüseynzadənin eyni adlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənən əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayır.
Məlumat üçün bildirək ki, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, bu sərgi artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB