“Baku City Tour” turistik avtobusların müvəqqəti fəaliyyəti dayandırılır

“Baku City Tour” turistik avtobusların müvəqqəti fəaliyyəti dayandırılır

Bakı Turizm İnformasiya Mərkəzi 23 aprel-01 may 2018-ci il tarixlərində Formula 1 yarışlarının keçirildiyi müddət ərzində əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarin müvəqqəti fəaliyyəti dayandırılır. SİA-nın məlumatına görə, eyni zamanda Sprinter turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil ediləcək.

Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12) 498 12 44 və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə