Görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin 100 illik yubileyinə həsr olunmuş İslam Dünyası gənc klassik musiqi ifacılarının (20 yaşadək) 7-ci Beynəlxalq müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, bu müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Prezident təqaüdçüsü Sədizadə Cəmil və VI sinif şagirdi Hüseynli Əbdüləli iştirak ediblər. Müsabiqənin nəticələrinə görə Sədizadə Cəmil İ dərəcəli diploma, Hüseynli Əbdüləli II dərəcəli diploma layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB