Xalq artisti Yaşar Nurinin vəziyyəti stabil ağırdır

Xalq artisti Yaşar Nurinin vəziyyəti stabil ağırdır
Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti anidən pisləşib. SİA-nın məlumatına görə, Yaşar Nurinin səhhəti dünən axşam qəfildən pisləşib. Aktyorun təzyiqi qalxıb, eyni zamanda orqanizmində müəyyən fəsadlar yaranıb. Təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə çatdırılıb.

1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti Yaşar Nurinin vəziyyəti stabil ağırdır.

Reanimasiya şöbəsinin həkimi Dilbər Vəzirovanın verdiyi məlumata görə, aktyora beyin-qan dövranının kəskin pozulması, hipertoniya, hipertonik kriz, qaraciyər transplantasiyasından sonrakı vəziyyət diaqnozu qoyulub: "Aktyor ciddi nəzarət altındadır, müalicə olunur. Huşu özündədir. Reanimasiyada nə qədər qalacağı vəziyyətindən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə