Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı istifadəyə verilib

Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı istifadəyə verilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı (http://music.mctgov.az/) istifadəyə verilib. SİA-nın məlumatına görə, portalın yaradılmasında məqsəd bu sahədə daha dinamik və günün tələblərinə uyğun fəaliyyətin qurulmasıdır.

Musiqi və incəsənət məktəblərində çalışanlar sayt vasitəsilə bu sahədə baş verən tədris yenilikləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Bunun üçün portalda “İxtisaslar”, “Tədris vəsaitləri”, “Notlar”, “Bəstəkarlar”, “Alətlər”, “Ustad dərsləri” və “Faydalı linklər” bölmələri yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə