Tofiq Quliyevə həsr olunan “Nəğməli ömür” sənədli filmi nümayiş olunub - FOTO
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin doğum günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, anım tədbiri ilə yanaşı həmçinin "Müasirlərlə dialoq" layihəsi çərçivəsində tanınmış kinorejissor, xalq artisti Eldar Quliyevlə görüş olub.
Tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin həyat və yaradıcılığından danışıb, mərhum bəstəkarın ömrünün uzun illərini Bəstəkarlar İttifaqında keçirdiyini bildirib. O, T. Quliyevin Azərbaycan bəstəkarlıq məktəbində danılmaz xidmətlərinin olduğunu qeyd edib və onun bəstələrinin hər bir insanın beyninə həkk olunduğunu vurğulayıb: "Tofiq Quliyev bizim mədəniyyət tariximizdə dərin və dəyərli izlər buraxıb. O, musiqiyə motsart sayağı yanaşırdı". Tədbirdə çıxış edən bəstəkarın oğlu, kinorejissor Eldar Quliyev deyib ki, Tofiq Quliyevin anadan olma tarix noyabrın 7-də qeyd olunub, ancaq bəstəkarın anası oğlunun noyabrın 5-də anadan olduğunu deyib.
Çıxışlardan sonra Eldar Quliyevin Tofiq Quliyev haqqında çəkdiyi "Nəğməli ömür" sənədli filmi də nümayiş olunub. Film 35 dəqiqəni əhatə edib. Məlumat üçün bildirək ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Lukoil xeyriyyə fondunun iştirakı və "Debüt" studiyasının istehsalı ilə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB