Noyabrın 8-də, saat 19.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış şair Fikrət Sadığın anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, şair- publisist, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.
Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Poetik yaradıcılıq və tərcümə ilə məşğul olan şairin 30-dan çox kitabı nəşr olunub. Hazırda Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB