Bu gün M.F.Axundov adına Milli Kitabxanada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunan və haqqa qovuşan aşıqlarımıza həsr olunan "Ozan-Aşıq Dünyası" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir işitrakçılarını salamlayıb, bugünkü tədbirin yaxın günlərdə Azərbaycanda keçirilən Beynəlxalq Aşıq-Ozan Festivalının təntənələrinin davamı olduğunu bildirib.
Mədəniyyət və turizm naziri Sevda Məmmədəliyevaya bildirib ki, ölkəmizdə həmişə saz-söz sənətinə böyük diqqətlə yanaşılır və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib: "Biz inanırıq ki, uzun müddət künc-bucağa sıxışdırılan, haqq səsi susdurulan saz sənətimiz dünya durduqca yaşayacaq".
Tədbir iştirakçılarına təqdim olunan ilk dəfə işıq üzü görən bu kitabda əsasən XIX- XX əslərdə yaşayıb-yaradan, bu gün haqq dünyasında olan və bir çoxlarının adı geniş ictimaiyyətə bəlli olmayan aşıqlarımızın tərcümeyi-halı, yaradıcılığı, fotoşəkillər əksini tapıb. Kitab S. Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindəki materiallar əsasında hazırlanıb. Kitabda Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Mirzə Bilal, Qurbanəli, Azaflı Mikayıl kimi aşıqlar haqqında məlumat var.
Tədbirin sonunda tədbir iştirakçıları Azərbaycanda aşıq sənətinə həsr olunan kitab sərgisi ilə tanış olublar.
Qeyd edək ki, kitab Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Aşıqlar Birliyi tərəfındən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB