Azərbaycan Turizm və Menecment Universitetində BMTnin Dünya Turizm Təşkilatının Baş katibi cənab Zurab Pololikaşvili ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə universitetin rəhbərliyi – rektor İlham Mədətov başda olmaqla, prorektor və kafedra müdirləri, dekanlar və müvafiq şöbələrin müdirləri iştirak ediblər. İlkin olaraq görüşdə rektor İlham Mədətov çıxış edərək ölkəmizin turizm potensialı, turizmin inkişafına yönəlik həyata keçirilən müxtəlif dövlət layihələri, eləcədə universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri çərçivəsində aparılan tədris metodları, beynəlxalq əlaqələr, universitetin əldə etdiyi mühüm uğurlar və nailiyyətlər barəsində geniş məlumat verib.
Daha sonra BMTnin Dünya Turizm Təşkilatının Baş katibi cənab Zurab Pololikaşvili çıxış edərək göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib, ölkəmizin turizm imkanları və DTT ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif turizm təşkilatlarının mövcud əlaqələri haqqında fikirlərini bildirib.
Sonda universitetin kafedra müdirləri çıxış edərək ümumi tədris prosesi və təşkilatın bu istiqamətdə əməkdaşlığı ilə bağlı öz fikirlərini bildiriblər. Qonağa yeni vəzifəsində uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB