Türkmənistan sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı olub- FOTOSLAYD
Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında Türkmənistan tanınmış incəsənət xadimləri və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı olub. SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, baxmayaraq eksponatlar azdır, ancaq çox böyük sənət əsərləri bu səgridə nümayiş olunur: "Türkmənistan mədəniyyət günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək. Sərgidə nümayiş olunan əsərlər türkmən xalqının sərvətidir. Təəssüf ki, eksponatların sayı azdır. Ancaq onların hər biri yüksək incəsənət əsəri sayılır. Ümid edirəm ki, gələcək sərgilərdə eksponatların, əsərlərin sayı daha çox olacaq".
Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva vurğulayıb ki, Azərbaycan və türkmən xalqları eyni kökə, dinə, dilə malikdir. Xanım mədəniyyət günlərinin keçirilməsini iki ölkə arasındakı əməkdaşlığın güclənməsi kimi qiymətləndirib.
Sərgidə rəngkarlıq, qobelen, xalça və zərgərlik nümunələri nümayiş etdirilib. Nümayiş boyunca isə Türkmənistan musiqiçilərinin ifasında türkmən xalq mahnıları ifa olunub. İştirakçılar türkmən şirniyyatları və çörəklərini dadıblar.
Qeyd edək ki, bu gün və sabah Muzey Mərkəzində Türkmənistan kinematoqrafiyasına məxsus 4 film göstəriləcək. Mədəniyyət günləri noyabrın 6-da Qaradağ rayonunda Türkmənistan incəsənət ustalarının konserti ilə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB