ATMU-nun 47 tələbəsi İsrailin nüfuzlu otellərində təcrübə keçəcək FOTOLAR
Azərbaycan Turizm və Menecment Universitetində İsrailin ölkəmizdəki səfiri Dan Stavın İsrailin Eilat şəhərində təcrübə keçəcək ATMU tələbələri ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşün əsas məqsədi ənənəyə uyğun olaraq hər il olduğu kimi İsrailin Eilat şəhərinə istehsalat təcrübəsinə yola düşəcək tələbələrə vizaların və təsdiq məktublarının təqdim edilməsi idi. İlk öncə səfir tələbələri salamlayıb və bu yolda onlara uğurlar arzulayıb. Salamlama mərasimindən dərhal sonra səfir hər bir tələbəyə ayrılıqda ümumivətəndaş pasportlarını şəxsən təqdim edib. Tədbirdə ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva, Tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.
Görüşün yekununda İsrailin ölkəmizdəki səfiri Dan Stavla bu proqramdan yararlanacaq tələbələr xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB