Əfsər Cavanşirovun 80 illik yubileyi keçiriləcək

Əfsər Cavanşirovun 80 illik yubileyi keçiriləcək
Noyabrın 7-də, saat 17.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçiriləcək.

İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, gecədə bəstəkarın həyat və yaradıcılığından söz açılacaq, musiqi xadimləri öz xatirələrini bölüşəcək.

Bundan başqa, AzTV-nin "Bənövşə" Uşaq Xorunun ifasında bəstəkarın əsərləri səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə