"Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər"
"Biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üstündə olsun. Amma dünya təcrübəsində mədəniyyət sektoru dövlətə gəlir gətirir". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir: "Mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi turizm axınının güclənməsinə təkan verəcək".
Nazir qeyd edib ki, muzeylər insanlara açıq olmalı, qoruq işi təkmilləşdirilməlidir: "Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB