Turizm sahəsinin inkişaf etdirilməsinə dair təlimlər keçirilir FOTOLAR
Azərbaycan Turizm və Menecment Universitetində turizm sahəsinin inkişaf etdirilməsinə dair təlimlər keçirilir. SİA-nın məlumatına görə, turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əsas strateji hədəflərdəndir. Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunan növbəti təlimin əsas məqsədi turizm sahəsində çalışan işçiləri və universitet tələbələrini geniş fikir mübadiləsinə cəlb etməklə, Azərbaycan və Türkiyənin timsalında beynəlxalq təcrübi bilik qazanmalarına zəmin yaratmaq idi.
Təlimi giriş sözü ilə “Biznes idarəçiliyi” fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Anar Mirzəyev açaraq ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən sayılan turizm sənayesində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradıldığını və milli turizm kompleksinin rəqabətə davamlılığını diqqətə çatdırıb.Tədbirin koordinatoru, “Marketinq” kafedrasının baş müəllimi Günel Teymurova isə Türkiyə Respublikasının təcrübəsindən və strateji hədəflərindən danışıb.
Skype proqramı vasitəsilə təlimə qoşulan Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut , Türkiyənin Turizm məslək liseyinin müdiri Zekeriyə Bingöl və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, həmçinin sənaye təmsilçiləri Tərlan Quliyev və Rauf Səfərov təqdimatlarla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB