Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Teatr Konfransında xarici mütəxəsislər təlim keçəcəklər

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Teatr Konfransında xarici mütəxəsislər təlim keçəcəklər

Noyabrın 7-dən 12-nə kimi Bakıda Beynəlxalq Teatr Konfransı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, müasir dövrün  teatr problemlərinə həsr olunan  beynəlxalq elmi-praktik konfransın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına və Azərbaycan Teatr Xadimləri İttifaqına həvalə olunub.


Konfransda  Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor  və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulub. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında  ABŞ, Kanada,  Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardır.

 

Ölkə başçısı İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə