M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Milli Məclisin deputatı, “Şöhrət” ordenli, Əməkdar Jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə sərgi açılıb.
Kitabxanadan SİA-ya bildirilib ki, “Aqil Abbas–65” adlı kitab sərgisində yazıçının əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı, haqqında olan kitablar və qəzet-jurnal materialları sərgilənib.
Bildirilib ki, görkəmli yazıçının ədəbi-bədii və publisist yaradıcılığını əks etdirən sərgi bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB