“Bülbül” sənədli televiziya filminin çəkilişlərini başa çatdırıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bülbül” sənədli televiziya filminin çəkilişlərini başa çatdırıb. QSC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ekran əsəri Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, professor Bülbülün (Murtuza Məmmədov) unudulmaz xatirəsinə həsr edilib. Görkəmli sənətkarın keçdiyi həyat və yaradıcılıq yolu tarixi kinoxronika ilə yanaşı, onun ifa etdiyi musiqi əsərləri ilə müşayiət olunur.
Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB