“ARAZ” teatr-studiyası beynəlxalq festivala hazırlaşır- FOTO

“ARAZ” teatr-studiyası beynəlxalq festivala hazırlaşır- FOTO
Noyabr ayının 18-21-i arası İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalı keçiriləcək. Bu festivala Amerika, İsveçrə, Mərakeş, Seneqal, Tacikistan və başqa ölkələrdən olan, özündə incəsənətin müxtəlif növlərini əks etdirən yaradıcı qruplarla yanaşı Azərbaycandan "ARAZ" teatr-studiyası da dəvət alıb.

Teatr- studiya bu festivala İsveç yazarı Johakim Pirinnenin "Xoşbəxt ailə" pyesi əsasında səhnələşdirilən tamaşanı nümayiş etdirəcək. Bu barədə SİA-ya "ARAZ" teatr –studiyasının təsisçisi və direktoru Qurban İsmayılov məlumat verib. O bildirib ki, tamaşa 18 noyabrda Hoteborq şəhərinin Pustervik teatrının binasında göstəriləcək.

Pyesi Azərbaycan dilinə tərcümə edənlər İsveçdə yaşayan həmvətənlərimiz Xuraman Cəfərova və Həsən Tamjididir.

Tamaşanın quruluşçu rejissoru Hasan Tamjidi, tərtibatçı bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. Tamaşada rolları əməkdar artist Dilarə Əliyeva, aktyorlar Günel Məmmədova, Rasim Cəfərov və Qurban İsmayılov ifa edirlər.

Onu da qeyd edək ki, bu "ARAZ" teatr –studiyasının İsveçə birinci səfəri deyil. Belə ki, teatr –studiya ilk dəfə 2008 –ci ildə İsveçin Stokholm, Hoteborq, Linshopinq şəhərlərində yaşayan həmvətənlərimiz qarşısında uğurla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə