Sakit Məmmədovun fərdi sərgisinin açılış mərasimi keçirilib - FOTOSLAYD
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qalereya-1969" sərgi salonunda əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Sakit Məmmədovun 75 əsəri nümayiş olunub.
Rəssam açıqlamasında bildirib ki, bu sərgi bir neçə Avropa ölkəsində olub: "İndi də qərara aldıq ki, belə bir sərgi Azərbaycanda da təşkil olunsun. Bu sərgi daha sonra Florensiya və San-Marinoda nümayiş olunacaq".
Sərgidə əsasən təbiət mənzərələri çox azdır. Demək olar ki, bu sərgidə kompozisiyalar üstünlük təşkil edib. Rəssam əsərlərinin nümayişinin bir həftə davam edəcəyini söyləyib.
S. Məmmədovun sərgisində Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin həyat yoldaşı Sevim Könül də iştirak edib. Sevim xanım azərbaycanlı rəssamın əl işlərinin onu valeh etdiyini söyləyib.
Sərginin açılışında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, xalq artisti Fərhad Bədəlbəyli, əmək artist Fidan Hacıyeva, Bəhram Bağırzadə və başqa tanınmış simalar iştirak edib.
Sərgidən əlavə tədbir iştirakçıları üçün Sakit Məmmədovun kataloqu 100 manata satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB