“Toska” operası nümayiş etdiriləcək

“Toska” operası nümayiş etdiriləcək

Mayın 12-də, 16-da və 19-da Filadelfiyada (ABŞ), “Verizon Hall”da Cakomo Puççininin “Toska” operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində Mario Kavaradossi obrazını Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov yaradacaq. Operanın nümayişi barədə məlumat musiqiçinin və “Verizon Hall”un saytlarında yer alıb.

Azərbaycanlı tenor 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında məhz Mario Kavaradossi (“Toska” C.Puççini) obrazı ilə debüt çıxış edib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə