Əməkdar artist konsert verəcək

Əməkdar artisti Dinara Əliyeva (soprano) mayın 9-da Praqanın “Rudolfinum” konsert və qalereya mərkəzinin “Dvorjak Hall”unda çıxış edəcək. SİA-nın məlumatına görə, Dinara Əliyeva konsertdə romanslar ifa edəcək.

2009-cu ildən Rusiyada Böyük Teatrın solisti olan Dinara Əliyeva dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə