“Vəkil hekayəti” filmi gələn ilin əvvəli nümayiş olunacaq- EKSKLÜZİV
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Vəkil hekayəti" filminin çəkilişləri yekunlaşıb. Bu barədə filmin rejissoru Ülviyyə Könül SİA-ya açıqlamasında bildirib. Rejissorun sözlərinə görə, komediya janrında çəkilən film gənc və bacarıqlı vəkilin başına gələn əhvalatlardan bəhs edir.
"Film demək olar ki, tamamlanıb və montaj işi də bitib. Yalnız filmin səsləndirilməsi ilə bağlı bəzi problemlər var. Filmin bütün işləri tamamlandıqdan sonra nümayiş olunacaq. Bu da gələn ilin əvvəllərinə təsadüf edəcək", - deyə rejissor vurğulayıb.
Ülviyyə Könül onu da qeyd edib ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir.
Məlumat üçün bildirək ki, filmdə tanınmış aktyorlar- Səidə Quliyeva, Bəhram Bağırzadə, Qorxmaz Əlili, Bəhruz Əhmədli, Toğrul Rzayev, Kamilə Babayeva və başqaları rol alıblar.
Qeyd edək ki, filmin quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Rəşad Həşimov, quruluşçu rəssamı Rafiq Nəsirov, aktyor üzrə mütəxəssis isə əməkdar artist Sənubər İskəndərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB