Füzuli Dövlət Dram Teatrı əsgərlərlə görüşüb FOTOLAR

Füzuli Dövlət Dram Teatrı əsgərlərlə görüşüb FOTOLAR

Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissənin yaranmasının 21-ci il dönümü ilə əlaqədar əsgərlərlə görüşüb. SİA-nın məlumatına görə, repertuarında olan əsərlərdən parçalar, aparıcıların əsgər həyatına həsr olunmuş şeir və sözləri, aktyor və aktrisaların ifasında mahnılar əsgərlərdə ruh yüksəkliyi yaradıb.

Sonda teatr kollektivi mütəmadi olaraq "N” saylı hərbi hissədə fəal iştirakına və şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaratdıqlarına görə fəxri fərmanlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə