Noyabr ayının 2-də, saat 18.30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qalereya 1969" sərgi salonunda əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisinin açılış mərasimi keçiriləcək. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib.
Məlumat üçün bildirək ki, Məmmədov Sakit Qulam oğlu 1958-ci ildə anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Rəssamıq məktəbini, 1981-1987-ci illərdə isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildən müxtəlif sərgilərdə iştirak edir. 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri İstanbul, Krakov, Vyana, Stokholm, Moskva, Florensiya və s. şəhərlərdə keçirilən müxtəlif sərgilərdə uğurla nümayiş olunub. Dünyanın bir çox məşhur rəsm qalereyaları və şəxsi kolleksiyalarda Sakit Məmmədovun əsərlərinə rast gəlmək olar.
2003-cü ildə Şah İsmayıl Xətai mövzusunda sərginin Qızıl medalına, H.B.Zərdabi adına fəxri diploma layiq görülüb. 2005-ci ildə isə YUNESCO-nun Rəssamlar Birliyinə üzv seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB