Müasir İncəsənət Mərkəzində Teymur və Mahmud Rüstəmovların "Mövzu" adlı sərgisi keçirilib. SİA-nın məlumatına görə, ekspozisiyada 40-dan artıq heykəltəraşlıq işi – portretlər, abstrakt, kompüter qrafikası kompozisiyaları nümayiş etdirilib.
Sərgidə əhəmiyyətli yeri gənc heykəltəraşların Bakı şəhərinin bəzədilməsi istiqamətində hazırlanan layihə və təkliflər tutub. Bu, parklar üçün nəzərdə tutulan heykəllərin, monumental və xatirə abidələrinin layihələridir.
Rüstəmov qardaşları məşhur Azərbaycan heykəltəraşı, 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, məşhur heykəltəraşlıq işlərinin müəllifi (Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsi) Aslan Rüstəmovun oğullarıdır.
Məlumat üçün bildirək ki, Bakıda bu gün Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılan monument, bəstəkar Vasif Adıgözəlovun abidəsi heykəltəraş Rüstəmovların (ata və oğul) əl işləridir.
Qeyd edək ki, sərgi noyabrın 6-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB