Bakıda II Beynəlxalq caz festivalı başa çatıb

Bakıda II Beynəlxalq caz festivalı başa çatıb

Bakıda iki həftədir ki, davam edən II Beynəlxalq caz festivalına oktyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulub.

SİA-nın məlumatına görə, festivalın sonuncu günü səhnəyə ABŞ-ın caz müğənnisi Dayana Rivz çıxıb.

Hazırda dünyanın ən tanınmış caz vokalçılarından olan D.Rivz 4 dəfə "Qremmi" mükafatına layiq görülüb. Müğənninin sərhəd tanımayan yaradıcılığı Afrika, Braziliya motivlərindən, klassik və müasir pop musiqisindən ibarət heyranedici çələng kimi xarakterizə edilə bilər.

Beş oktavalıq səsi olan bu qadın musiqiçi hazırda bütün dünyada ən yaxşı caz müğənnilərindən biri hesab edilir.

Dayana Rivzin məharətlə ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə