İsveçrənin Glion Ali Təhsil İnstitutunda Azərbaycan stendi nümayiş etdirilib

İsveçrənin Glion Ali Təhsil İnstitutunda Azərbaycan stendi nümayiş etdirilib
İsveçrənin Glion Ali Təhsil İnstitutunda keçirilmiş növbəti mədəniyyət günündə Azərbaycana aid stend də nümayiş etdirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, adı qeyd olunan institutda təhsil alan tələbə Musayev Nicat Saleh oğlu mədəniyyət günündə tərənnüm edilən 12 ölkə arasında Azərbaycanın da yer almasına nail olub.

Tədbirdə İsveçrənin Azərbaycandakı səfirinin birinci müavini də iştirak edib. Azərbaycan üçün ayrılmış stendda ölkəmizə aid kitablar, bukletlər, miniatür kuklalar üzərində Azərbaycanın milli geyimləri, Novruz bayramının ənənəvi xonçaları, ölkəmizin xəritə üzərində görüntüləri və əlbəttə ki, Azərbaycan mətbəxinin inciləri qonaqlara nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə