Tarix-mədəniyyət qoruğunda abadlıq və yaşıllaşdırma işləri FOTOLAR
Qazax rayonu ərazisində yerləşən "Avey" Dövlət tarix-mədəniyyət qoruğu qədim tarix-mədəniyyət abidələrinə və füsunkar təbiətə malikdir. SİA-nın məlumatına görə, qoruq ərazisində Daş Salahlı kəndi yaxınlığında Avey dağının şərq ətəyində qədim daş dövrünə aid olan dünya əhəmiyyətli “Damcılı” mağaralar kompleksi yerləşir. “Damcılı” mağara düşərgəsi Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən böyüyü və əhəmiyyətlisidir. Ərazi öz adını mağara yaxınlığında yerləşən gözəl təbiət incisi olan Damcılı bulağından alıb. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii oyuqda yığılaraq bulaq olur. “Damcılı” Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Ötən il ərzində Qoruğa 14107 nəfər yerli və xarici turist ziyarət edib.
Turizm mövsümünün başlanması ilə əlaqədar "Avey" Dövlət tarix-mədəniyyət qoruğunun "Damcılı" filialına turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə əraziyə gedən yol yenidən abadlaşdırılmış, yola çınqıl tökülərək hamarlama işləri aparılıb. Eyni zamanda, yolun kənarları boyunca 500 ədəd Eldar şamı və digər meyvə ağacları əkilərək yaşıllıq zolağının salınıb. Yeni salınmış yaşıllıq zolağının suvarılması üçün Damcılı bulağından əraziyə su xətti çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB