Opera və Balet Teatrının gənc solisti Minskdə çıxış edəcək

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova martın 13-də Minskdə çıxış etmək üçün növbəti dəfə dəvət alıb. SİA-nın məlumatına görə, ulduz vokalçımız Belarusda P.Maskanyinin "Kənd namusu" operasının tamaşasında Santutsa rolunda çıxış edəcək.

Bu Afaq Abbasovanın Minskə ilk qastrol səfəri deyildir. Azərbaycanlı vokalçı ötən mövsümdə Belarus teatrının səhnəsində Beynəlxalq Milad festivalı çərçivəsində keçirilən Qala konsertdə, həmçinin C.Verdinin "Aida" operasının tamaşasında Aida və R.Leonkovallonun "Payatsı" operasında Nedda rollarında çox böyük uğurla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə