Nazir səfirlə görüşdü FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Beibit İssabayev ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Nazir ötən il ümumilikdə Azərbaycana gələn turistlərin sayında 20 faiz artımın olduğunu qeyd etti və bu artım sırasında Qazaxıstandan ölkəmizə gələn turistlərin sayının 37 minə yaxın olduğunu bildirib.

Görüş zamanı həmçinin, Astana şəhərinin 20 illik yubiley tədbirlərində Azərbaycanın təmsil olunması, 2019-2020-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə