“Kənar” adlı sənədli filmi Ukraynada keçirilən kinofestivala daxil edilib- EKSKLÜZİV
Rejissor Murad Muradovun "Kənar" adlı sənədli filmi noyabr ayının 11-dən 15-nə kimi Ukraynanın Xarkov şəhərində keçirilən IV Beynəlxalq İnsan Hüquqlarına həsr olunan "Pillələr" kinofestivalına daxil edilib. Bunu SİA-ya açıqlamasında M. Muradov bildirib. Onun sözlərinə görə, bu film 2007-ci ildə Azərbaycan və Gürcüstanın birgə çəkdiyi layihədir.
"Bu layihəm Gürcüstanda ən yaxşı emosional film, ən yaxşı rejissor işi və ən yaxşı diplomu alıb. Bundan başqa, bu film Azərbaycan ailəsinin əksi olaraq 2009-cu ildə II yerə layiq görülüb", - deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, filmin ssenari müəllifi və rejissoru Murad Muradov, operatoru Elman Nabiyev, produseri isə Nərgiz Əfəndiyevadır.
Qeyd edək ki, film 9 dəqiqəni əhatə edir. Film qızın atasının günahından məktəbə getməməsi və təhsildən imtina etməsi haqqındadır. Əsas qəhrəman anası və onun qızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB