Heydər Əliyev Sarayı Katya Lelin yerli mətbuata verdiyi müsahibəsinə ilə bağlı bəyanat hazırlayıb
"Heydər Əliyev Sarayı digər xarici və daxili siyasi və sosial qurumlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi ilə işğalçılar tərəfindən bu cür təxribat yönlü hərəkətlərin qarşısını almaq üçün var-gücü ilə çalışır. Uzun illərdir ki, çoxsaylı ifaçı özünün xəbəri olmadan işğalçıların bu tipli maxinasiyalarının qurbanı olub və sonra Azərbaycan xalqına müraciət ünvanlayıblar". SİA-nın məlumatına görə, bu müraciəti Heydər Əliyev Sarayı ermənilər tərəfindən Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində vaxtilə bir çox həmkarları ilə birgə konsert verən Katya Lelin bir neçə gün bundan əvvəl yerli mətbuata verdiyi müsahibəsində həmin əraziyə aldadılaraq aparıldığını və bundan peşmançılıq hissi keçirməsi ilə bağlı bildirdiklərinə münasibət olaraq hazırlayıb.
Heydər Əliyev Sarayı tərəfindən hazırlanan müraciətdə Katya Lelin "Azərtac" Dövlət Agentliyinə verdiyi müsahibədə Azərbaycanın qara siyahısına düşməsinə təəssüfləndiyi də qeyd olunub: "O, həmin müsahibədə qorxmadan etiraf edib ki, onu ora aldadaraq qaçırıblar və onun vətəndaş hüququ pozulub. Heydər Əliyev Sarayı hər zaman mədəniyyətin bütün janrları üçün açıq olub. Əsas məqsəd yüksək mədəni dəyərləri, mədəni dialoqu qorumaq və orada özündən asılı olmayaraq edilən səhvlərin Azərbaycan xalqına məxsusdur ki, onu bağışlasın. Bütün bunlar onlara öz səhvlərini düzəltməyə və əfv olunmağa imkan yaradır". Müraciətin sonunda qeyd olunub ki, son qərarı vermək sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə olmalıdır.
Qeyd edək ki, rusiyalı sənətçilər- xalq artisti Nadejda Babkina, Soso Pavliaşvili, Katya Lel, Valentina Leqkostupova, Aleksandr Peskov, İrina Otiyeva və "Çay vdvoyom" qrupu Azərbaycanın Mədəniyyət Nazirliyi 6 sentyabr 2004-cü il tarixli 302 saylı əmri ilə Azərbaycanda çıxışına qadağa qoyublar.
P. S. "Azərbaycanın səhnəsi hər bir ölkənin sənətçisinin üzünə açıq olsa da bəzən bu cür hərəkətlər ölkəmizə qarşı ədalətsizliyi göstərir. Xüsusən də bizə yaxın olan ölkələrin sənətçiləri tərəfindən bu cür hərəkətlər yol verilməzdir. Onların cəzalandırılması üçün gec- tez hər hansı bu kimi bir addım atılmalı idi ki, digər sənətçilər də bundan örnək götürərək gələcəkdə belə halların baş verməsinə yol verməyib, Azərbaycan səhnəsinə hörmət qoymağı bacarsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB