Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində keçirilən "İmzalı görüş" layihəsi üzrə "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuzla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə akademik, millət vəkili Nizami Cəfərov Yunus Oğuzun roman yaradıcılığı barədə söhbət açıb, tələbələr qarşısında əsərləri analiz edib: "Yunus Oğuzun yaradıcılığı zəngin və dəyərlidir. Onun bir çox janrlarda romanları var. Y.Oğuzun tarixi romanları daha məşhurdur. Onun tarixi romanlarında xronologiya var. Yunus Oğuza yaradıcılıq işlərində uğurlar arzu edirəm".
Görüş sual-cavab formatında davam edib. Sonda müəllifin imzalı kitabları tələbələrə hədiyyə olunub.
Qeyd edək ki, "İmzalı görüş" layihəsi çərçivəsində Milli Məclisin deputatı yazıçı-publisist Aqil Abbas, yazıçı-publisist Rəşad Məcid, Xalq yazıçısı Çingiz Abdullayev, şair-tərcüməçi Səlim Babullaoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə və Mehriban Nağıyeva ilə görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB